16.07.2015 / 11:45 xeber –
Bir gün öncə xalq artisti Nisə Qasımovanın “Azərbaycanın səsi” layihəsinə yeni imicdə, qara pariklə qatılması müzakirələrə səbəb olub. Lent.az-ın məlumatına görə, xalq artsti onun yeni imicini tənqid edənlərə sosial şəbəkədə cavab verib. O bildirib ki, üzünə botoks, gel vurdurmayıb: “Mən heç bir botoks, gel etdirməmişəm. Sadəcə yeni imicim müsabiqə üçün bir günlük imic idi. Düşünürəm ki, Alla Puqaçovanın repertuarından ifa etdiyim mahnını öz dolğun sarı saçlarımla oxusaydım, başqa rəy verərdiniz”.
mənbə :
lent.az