11:50 xeber – “Eurovision 2011” qalibi Nigar Camal rəfiqələri ilə birlikdə avtomobil qəzası keçirib. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, qəza anını əks etdirən video sosial şəbəkədə yayılıb. Hadisə Quba yolunda yerləşən “Beşbarmaq” pirinə gedərkən yaşanıb. Avtomobilin içində əylənən qızlar videoselfi çəkərkən qəfildən baş verib.
Sükan arxasında olan Şəms adlı xanım qəzanın baş vermə səbəbini belə açıqlayıb: “Mən ara məsafəni düzgün saxlamadım. Qarşıdakı maşın qəfildən əyləci basdı, sükanı qacırdım. Sürət çox olduğundan idarəetməni itirdim. Maşın yox vəziyyətindədi, qarşıdakı maşına heç nə olmadı”.
Nigar Camal qəzadan sonra belə açıqlama verib: “Polis də bizə bu yolun çox təhlükəli olduğunu dedi. Bizı Allah saxlayıb ki, heç nə olmadı bizə. Onsuz da biz sabahı gün yenidən o yollan gedtik və ziyarətə çatdıq”.
Qəzanın baş verdiyi an
Nigar Camal “qəza videosuna” qədər həmin səfərdən video paylaşmışdı.
Qəza zamanı avtomobili idarə edən Şəms adlı başıbağlı xanım qəzadan sonra sosial şəbəkədə belə bir status paylaşıb: “Mənə bir şey maraqlıdı, bu qədər kin insanlarda hardandı?! Hər şeyi qoyaq bir kənara, hər şeydən əvvəl bir candan söhbət gedir. İnsan bir Allah kömək olsun deyər. Təbii ki, insan.. Hər kəs bir cür baxdı bu məsələyə; kimisi dedi Allah cəzalandırıb. Şəxsən tanıyanlar dedi; “elədiyin yaxşı əməllər, olunan dualar saxlayıb səni. Dindən, imandan, hicabdan danışan insanlar kimdə nə yoxdu, ondan danışır. Həmişe demişəm, birini sevməyə bilərsən, amma ən azından hörmət qoymağa məcbursan. Dindən danışırsan, amma mənım haqqıma girirsən. Dodaq silikon, qaş tatuaj. And olsun Allaha, musiqi haramdı deyənlərin 80%-nin telefonu mahnıyla doludu. Heç kimə düşməz məni, hicabımı, əxlaqımı müzakirə eləmək. Hamısına görə özüm cavab verəcəm. İsdər bu dünyada, isdər o dünyada. Biri oturub mənə hicabdan dərs keçir. Təbliğə evindən başıa əziz qardaşım, gözəl bacım. Öncə agzını təmizlə, Allah deyən agzına söyüş gətirmə. Əxlaqdan danışırsan, yazdığın cümlə söyüşdən ibarətdi. Mən arxada musiqiyə qulaq asıb, öndə günahdı demirəm. Mənim heç kimlə işim yoxdu. Hər kəsin həyatda bir seçimi var. Mən qapalı olmağı sevirəm. Sənin üçün bağlanmamışam, məni mühakimə edəsən?Kimsən sən? Müqəddəssən? Səhvsizsən? Mən insanlardan qorxmuram, Allahdan qorxuram. Musiqiyə qulaq asıb, oynamaqdı məni cəhənnəmlik edən? Mən oğurluq eləmirəm, haram yemirəm, kiminsə arxasınca danişmıram, zina etmirəm, heç kimin ailəsini dağıtmıram, it kimi insanları tutmuram, vicdanım rahat yatıb, dururam. Amma mənı mühakimə eləyib bəyənməyənlər, siz də özünüzə sual verin. Mən şükr eləyirəm Allaha. Elə bir qəzadan mənı sağ cıxartdı. Heç kimə heç nə olmadı. Qəza, hadisə hər birimizin başına gələ bilər! O 2əcəb oldu” deyənlər, sabah sənə nə olacağını hələ bilmirsən. Amma görək sən mənim kimi xilas ola biləcəksən? O qədər bədbəxtsən ki, qəlbin kinlə bəslənib ki, üc gəncin həyatına əcəb oldu deyirsen. Mən yenə deyirem,özümə haqq qazandırmıram, amma məncə sən də insan olaraq ozünü mühakimə elə. Sən mənim günahımdan xəbərdarsan, amma tövbəmdən yox. Qarğışla işim olmaz, amma Allaha tapşırdım”.
Nigar Camalın avtomobil qəzası keçirməsi xəbərlərini anası Səidə Şaxsuvarova təsdiqləyib. O, qızının və rəfiqələrinin səhhətinin yaxşı olduğunu bildirib.
mənbə :
anspress