12:50 xeber – “Mən heç bir əməliyyat, botoks etdirməmişəm, gel vurdurmamışam”. Bu açıqlamanı plastik əməliyyatın daha bir qurbanı xalq artisti Nisə Qasımova verib.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, xalq artisti Nisə Qasımovanın son görüntüləri iki gündür ictimaiyyət tərəfindən qızğın müzakirələrə səbəb olub. Sarı uzun saçla görməyə adət etdiyimiz sənətkarın qısa qara saçlı imici və üz cizgilərindəki dəyişiklik hər kəsin təəccübünə səbəb olub.
Nisə xanımın yeni görüntüləri sosial şəbəkələrdə “Plastik əməliyyatın daha bir qurbanı” şərhi ilə paylaşılır.
Yeni imicinin birmənalı qarşılanmadığından təəssüflənən xalq artisti isə heç bir plastik əməliyyat etdirmədiyini deyir. O, açıqlamasında bu görüntüsünün sadəcə bir obraz olduğunu açıqlayıb:
“Mənim əzizlərim, bu, mənim iki gün öncə ofisdə çəkdirdiyim şəkildir. Mən heç bir əməliyyat, botoks etdirməmişəm, gel vurdurmamışam. Mahnı müsabiqəsindəki qara parik və parikə uyğun makiyaj mənim sadəcə bir günlük kaprizim idi. Və düşünürəm ki, Puqaçovanın repertuarından oxuduğum mahnını öz dolğun sarı saçlarımla oxusaydım, onda ona başqa rəy verərdiniz. Təəssüf ki…”
Qeyd edək ki, Nisə Qasımova özü də dəfələrlə efirlərdə və mətbuata açıqlamasında plastik əməliyyat etdirmədiyini deyib.
Nisə Qasımova bu görüntüsü ilə hər kəsi heyrətləndirdi
Plastik əməliyyatın daha bir qurbanı…
Qara saçlı Nisə Qasımova
Nisə Qasımovanın birmənalı qarşılanmayan imici
Sarı saçlı Nisə Qasımova
mənbə :
anspress