13:16 xeber – “ASAN xidmət” də iki gün qeyri-iş günü olacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən ANS PRESS-ə verilən məlumata görə, “ASAN xidmət” mərkəzlərində Ramazan bayramı ilə əlaqədar 17-18 iyul tarixlərində qeyri-iş günüdür.
19 iyul tarixindən etibarən isə vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.
“ASAN xidmət”
Qazılar Şurasının fətvasına əsasən, Azərbaycanda Ramazan ayının ilk günü bu il Miladi təqvimlə iyunun 18-də başlayıb və iyun ayının 17-si orucluğun niyyət gecəsi olub. Ayın görünməsindən asılı olaraq Ramazan Bayramı Şəvval ayının birinə (miladi təqvimlə iyulun 19-na və ya 20-nə) təsadüf edəcək.
QMİ-nin tərtib etdiyi cədvələ əsasən, Qədr gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə, və 26-dan 27-nə keçən gecələrə (iyul ayının 5-dən 6-a, iyul ayının 7-dən 8-nə, iyulun 9-dan 10-a, iyulun 13-dən 14-ə keçən gecə) təsadüf edib. Şəvval ayının 1-i isə (18 iyul) Fitr bayramıdır.
Ötən il müqəddəs ay iyun ayının 29-da başlamışdı. Nazirlər Kabineti bu il Ramazan bayramının 17, 18 iyulda qeyd ediləcəyini açıqlamışdı.
mənbə :
anspress