16:30 xeber – Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Milli Mətbuatın 140 illik yubileyi ilə əlaqədar bir sıra kütləvi informasiya vasitələrini mükafatlandırıb.
Mükafatlandırma müxtəlif nominasiyalar üzrə media orqanları təltif olunub. Mükafat alanlar arasında ANS Yayım və Media Şirkəti də olub.
ANS Azərbaycanda Milli Mətbautın yaranmasının 140 illik yubileyi münasibəti ilə QHT sektoruna və QHT-lərə Dövlət Dəstəyi Şurasının ictimaiyyətlə əlaqələrinin qurulmasındakı fəal roluna görə təltif edilib.
Azərbaycan Milli Mətbuatının yaranmasının 140 illik yubileyi münasibətilə Səbail Rayon İcra Hakimiyyətində media təmsilçilərilə görüş keçirilib.
Milli Mətbuat Günü münasibətilə 80-dək KİV nümayəndəsinə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunub.
Mükafat alanlar arasında ANS televiziyasının aparıcısı Xanım Yadigarlı da var.
mənbə :
anspress