16:45 xeber – I və IV ixtisas qrupları üzrə (cari ilin məzunları üçün) keçirilmiş qəbul imtahanının nəticələri elan olunub.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) ANS PRESS-ə verilən məlumata görə, abituriyentlər öz imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.
İmtahan respublikanın 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 47 binada aparılıb.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanaraq və 3 saat davam edib.
İmtahanın gedişini işıqlandırmaq üçün 60 – dək KİV nümayəndəsi TQDK-da akkreditasiyadan keçib.
Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər iyulun 7-dən etibarən TQDK-nın internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Qeyd edək ki, imtahan suallarının düzgün cavabları imtahan günü açıqlanıb.
mənbə :
anspress