18:05 xeber – Tanınmış Hollivud aktyoru Leonardo Di Kaprio ətraf-mühitin mühafizəsi təşkilatlarına 15 milyon dollar bağışlayıb. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, ianəni Afrika və Amazonda fillərin və vəhşi təbiətin mühafizəsi ilə məşğul olan fondlar alıb. Həmin təşkilatlar “Amazon Watch”, “Save The Elephants”, “Tree People” və “World Wildlife Fund”dur.
Di Kaprio bununla bağlı jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, planetin təbiəti elə bir sürətlə korlanır ki, insanlar bunun qarşısını ala bilmirlər. “Bu təşkilatlar isə bəşəriyyətin böyük bir problemini həll etmək üçün çalışırlar. Bu baxımdan bizim üzərimizə də böyük məsuliyyət düşür. Biz insanların planetimizə zərər verməsinə imkan verməməliyik”, – deyə Di Kaprio bildirb.
Vladimir Putin və Leonardo Di Kaprio pələnglərin qorunmasına həsr edilən konsertdən sonra
Foto: AP
Keçən il Birləşmiş Millətlər Təşkilatı (BMT) aktyoru iqlimin dəyişməsi məsələləri üzrə xoşməramlı səfir təyin etmişdi. Aktyorun özü isə artıq uzun ildir ki, təbiətin qorunması sahəsində fəal iştirak edir. Hələ 1998-ci ildə – “Titanik” filminin çəkilişi bitəndən sonra Leonardo Di kaprio özünün “Leonardo DiCaprio Foundation” fondunu yaratmışdı. Məqsəd isə planetimizin ətraf-mühit və təbiətinin qorunması idi. Hal-hazırda fond dünyanın 40 ölkəsində fəaliyyət göstərir.
Leonardo Di Kaprionun 2014-cü ildə BMT sammitində çıxışı
mənbə :
anspress