16.07.2015 / 20:31 xeber –
Ağdamın Quzanlı qəsəbəsində Daş Evlər köçkün şəhərciyində yanğın hadisəsi baş verib.
APA-nın Qarabağ bürosunun məlumatına görə, Ağdam rayonu Saybalı kəndindən olan məcburi köçkün Kazımov Zamiq Çingiz oğluna məxsus ev yanıb.
Nəticədə onun iki azyaşlı qızı, 2012-ci il təvvəlüdlü Kazımova Əfsanə və 2013-cü il təvvəlüdlü Kazımova Rəqsanə yanaraq ölüb. Faktla bağlı araşdırma aparılır.
mənbə :
lent.az