Azadliq.az
Azərbaycan Xəbərləri













Azadliq » Xeberler» Xeber
06/02/2015

Senuber İsgenderli: “Şeytan pul formasında dünyanı idare edir” – “AYNA”

Senuber İsgenderli: “Şeytan pul formasında dünyanı idare edir” – “AYNA”


06.02.2015 / 15:11 xeber –

“Bizim səsi zala gedən, “fış, fış, fış” edən tüstü aparatıyla tamaşaçını necə təəccübləndirəcəksən?”

 Lent.az-ın “AYNA” rubrikasında  Aysel Əlizadənin budəfəki qonağı aktrisa Sənubər İsgəndərlidir. 

– Alman dəqiqliyiniz var. İlk qadın müsahibimsiz ki, məndən tez gəlmisiz.

 

– Adamlar var gecikməyi özlərinə stil seçiblər. Hamı gəlməlidi, sonra onlar içəri girməlidi. Mənsə, gecikəndə utanıram. Bir də kim səni görüşə dəvət edib, bu da önəmlidi. Kimin kim olduğunu bilirəm axı…

– Elə astagəl görünürsüz,  adama elə gəlir Sənubər xanım tərpənənə kimi səhər açılar. 

 

– Ola bilər görünüşümlə xarakterimdə fərq var. Əslində, işdə də, şəxsi həyatda da çox intizamlı, məsuliyyətliyəm.

– Yaxşı rəhbər ola bilərsiz, deməli.

 

– Rəhbər olsam, adamların canı boğazına yığılar, yazıqdılar. Çox tələbkaram.

 

– Başqa bir müsahibədə demisiz ki, vəzifədə daha çox qadının olmasını arzulayırsız.  Bu nəyisə dəyişər?

 

–          Əlbəttə, vəziyyəti bu yerə gətirən kişilər deyil? Əgər dünyanın ən güclü kişiləri çox vaxt hər addımda öz ağıllı qadınlarını  dinləyiblərsə, niyə o cür qadınlar üzdə olmasın? Qadın – ağıldı, kişi – güc

– Belə deyə bilərik, dünyanın ağıl yarımkürəsi qadındı, güc yarımkürəsi kişi?

 

–          Bəli . Feminist deyiləm a, əsla. Heç bir qadını kişisiz təsəvvür etmirəm. Ancaq qadınları idarəçilikdə görmək istəyirəm. İki cins var da dünyada. Başqa cins yoxdu axı.

– Və hər şeyi aralarında bölüşdürsələr yaxşıdı deyirsiz

 

–          Əlbəttə,  onda tamamlanar dünya.

 

 

 

–          Vircinia Vulfun qəhrəmanı  kimi danışdız. O deyir ki, ikicinsli dünyada görən üçüncü cins olsa, dünya necə görünər?

 

–          Məncə üçüncü qarışsa, qarışıqlıq yaranar. Üçüncü artıq olur çox vaxt.

 

–          Sizin rəqəminiz neçədi?

 

–          Yeddi. Konkret hansısa uğurumla bağlı yeddi rəqəmini misal gətirə bilmərəm, ancaq rəqəmin yazılışına baxanda belə rahatlıq tapıram. Qarşıma çıxanda hiss edirəm ki, nəsə yenilik olacaq. Əqrəb bürcündənəm. Əqrəblər duyumlu olur, mistikdilər.  Hətta yuxularım da gerçək olur. Özümdən qorxuram bəzən. 

 

–          Tez-tez görürsüz belə yuxular?

 

–          İldə biri mütləq olur.

 

–          Bəlkə getdikcə insan ilahi gücə daha çox inanır, kosmik bağ artır. 

 

–          Ola bilər. Yaşlandıqca öyrəndiklərindən dolayı Tanrıya yaxınlaşırsan. Gənc vaxtı önəmsəmirsən çox şeyi. Hər halda gənclikdə inamım indiki kimi deyildi.

 

–          İnanmırdız?

 

–          Baxmayaraq ki, anam, nənəm dinə bağlı adamlar idi, “Məhərrəmlik”də Şami – Qəribana da gedərdilər, gecəni məsciddə də keçirə bilərdilər. Bir az nasaz idi nənəm, şəfa tapmaq üçün tez-tez gedirdi ziyarətgahlara. Ancaq mən bütün bunlardan bir az uzaq idim.

 

–          Şəfa tapırdı?

 

–          Heç tapmadı ki…

 

–          Deməli inanclı ailədə böyümüsüz. Savadlı inanc idi, yoxsa kor-koranə?

 

–          Hər halda kor-koranə.  Məndə o kor-koranəlik olmadı heç vaxt. Pirlər gəzmirəm, məscidə getmirəm, ancaq özümün Allahım var. Düşünürəm ki, pirə niyə gedir adamlar?  Allahdan “istəmək” üçün. Elə Allahdan istəyirəm də olduğum yerdə. Daşa divara yox, özümdə, içimdə tapdığıma inanıram.

 

–          Hər halda buna uşaq olanda qərar vermisiz. Bir səbəbi var?

 

–          Bir hadisənin şahidi olmuşdum.  Biləyə qara bağlayırdılar, mənə dedilər get sənə də bağlasınlar. Mən yaxınlaşanda qara lent qurtarmışdı. Arvad yan-yörəyə baxdı, birdən əyilib ayaq altına salınan qara parçadan kəsib verdi mənə. Heyrətə gəldim. Sözsüz ki, bağlamadım. Elə onda da bu mövzu bitdi mənim üçün. 

 

– Övladın hər işinə qarışan analardansız? 

 

–          Yox. Ailə quranda qızıma dedim ki, yeni həyata başlayırsan, bir-birinizə alışana qədər çox şey olacaq, aranızda nə baş versə də mən bilməyim. Hər xırdalığı mənə danışma. Çünki sənin sevgilindi, bağışlayacaqsan. Mənim üçün isə qızımın xətrinə dəyən adam olacaq, bağışlamayacam.  Qızım da sağ olsun, heç danışan da deyil. Münasibətləri də çox yaxşıdı.

 

–          Ertələdiyiniz  qərar var?

 

–          Səbrliyəm, adamlara da, hadisələrə də təmkinlə yanaşıram.  101 dəfə “bəlkə” deyə bilirəm. Qərar verməyə tələsmirəm. Ancaq lazım olan bütün qərarlar çoxdan verilib.

 

–          İndi olduğunuz yer üçün nə qədər çaba göstərmisiz?

 

–          Hardayam ki?  Özümü zirvəyə çatmış saymıram. Hələ öyrənəcəyim çox şey var. Aktrisa Faina Ranevskayadan “hansı rol üzərində işləyirsiz”  soruşanda,  “öz üzərimdə işləyirəm” deyib. Mən də dayanmadan özümü böyüdürəm. Kompüter, mobil telefon, internet, iphone çıxan kimi hamıdan əvvəl öyrənməyə çalışmışam. Yeni nə varsa, hamısına açığam.  Bu gün gənclik nəylə nəfəs alır, onu mütləq bilməliyəm.

 

–          “Həyatımda olan adamla mənə rahatdı” demisiz

 

–          Həyatım ümumiyyətlə rahatdı.

 

– O komfortu nə verir.

 

–          Bir cümləylə deyim: mənim üçün qadının güzgüsü kişinin gözləridi. O gözlərdə sevgini, qayğını, görürsənsə rahat olursan. Bütün qadınlara o güzgünü arzu edirəm. Mənim güzgüm var.

 

–          Kişi kimdən ruhən gedə bilmir, sizcə?

 

–          Ona dost olan qadından.

 

–          Gündəmi də izləyirsiz.  Saytlarda “ like” larınızı görürəm.

 

–          İzləyirəm, yazılar, kitablar oxuyuram. Vaxtım olsa lap çox oxuyaram. Elif Şəfəqin  “Məhrəm” romanını almışam. Hələ əlim çatmayıb ona, işlər çoxdu. Ondan öncə “Eşq”i oxudum. Elifin kitabları orijinalda çətin gəlir mənə. Rus dilinə tərcüməsini oxuyuram. Sonuncu romanını da gördüm internetdə “Ustam və mən” . Maraqlı üz qabığı var, fil şəklidi.  Onu da alacam. Elif çalışqan yazıçıdı, ancaq nə edirsən et, istedadın yoxdusa qəbul olunmayacaqsan. O, həm də  istedadlıdı.

 

–          Sənətinizlə və ya bütövlükdə Azərbaycan teatrı, kinosuyla bağlı üzüldüyünüz məqam varmı?

 

–          Moskvanın “Lenkom” teatrının tamaşalarından “La Skala”  baletinə, Las Vegas şoularına kimi baxmışam. Heç baxmasam da, internet var, başqa ölkələrdə gedən prosesləri, tamaşaları izləmək olur. Sənətin sərhədi yoxdu. Teatr həm də tamaşaçıdı, onun verdiyi dəyərdi. Tamaşaçı olmasa mənim sənətim kimə lazımdı? Ona görə də daha çox adamın işimi izləməsini istəyirəm. Hollivudda iki dəfə olmuşam, orda ulduzların geçdiyi cığırla heç kimin tanımadığı Sənubər kimi gedirdim və bu məni birdən çox ağrıtdı. Fikirləşirdim, məsələn, Hollivud ulduzu Meril Strip də bu sənətlə tanınır. Qəribə taledi, onun qismətinə dünya şöhrəti düşür, biz oturub dizimizi, durub özümüzü görürük. Özümdə də günah gördüm, yəqin mənim sənətim o səviyyədə deyil, düşündüm. Azərbaycan sənətinin dünyada tanınmasını çox arzulayıram.  General olmayan əsgər əsgər deyil. Filmlərimiz olub axı… “Bizim Cəbiş müəllim” olub. Demirəm ondan yaxşı, heç o səviyyədə film çəkmədik. Bu dəhşətdi, yerimizdə belə saymadıq. İddiayla gələnlər çox olur, ancaq nəsə yaradanlar çox az. Bizdə də o entuziazm olub, ”çəkilin, mən gəlirəm” demişik nə vaxtsa.  İddia yaxşıdı, içi dolu olsa. 

 

– İddianın sənətkarlığa çevrilməsi üçün nə gərəkdi?

 

–          Heç nəyi, heç kimi bəyənməyən adamlar sənətkara çevrilmir. Hörmət etməyən, hörmətli ola bilməz. Sizin mühitdə də intriqa çoxdu. Cavanlar yaşlı yazarları bəyənmirlər və bunu çox vulqar, tərbiyəsiz şəkildə ifadə edirlər. Mənim elə rollarım var ki, indi adını çəksəz utanaram. Cavan olursan, təcrübə azdı, çox şeyi bilmirsən, öyrənmək üçün vaxt lazım olur və artıq yetkin yaşında geriyə baxıb əvvəldə olan bəzi işlərini bəyənmirsən. “İndi başqa cür oynayardım” fikirləşirəm. Markes “Yüz ilin tənhalığı” haqda  “utandığım yerlər var” demişdi. Söhbət sənətkardan gedirsə, o, öz qüsurlarını hamıdan yaxşı bilir. Buna görə də eyni qüsurları ona kimsə deyəndə qıcıq olmur, əksinə, savadlı, əsaslı tənqidə açıq olur. Gənc bir aktrisa  Sənubər filan rolu oynaya bilməyib söyləsə və əsaslandırsa, “əhsən” deyərəm.

 

– Yalançı tərifi nədən bilirsiz?

 

–          Mən aktrisayam, oynayanda görürəm. Deyir, professionala özfəaliyyət dərsi keçmək lazım deyil.

 

        – İstedadı olmayan gənc aktyorlara eyham vurmusuz?

 

     – Hamının içində yox, ancaq qırağa çəkib demişəm ki, bəlkə sən ayrı işlə məşğul olasan.  Çox olub ki, istedadsız gəlib teatra və illərlə heç nəyə nail olmayıb. Ömür də gedir… Ona vaxtında desəydilər, bəlkə özünü başqa bir yerdə tapardı. Sındırmadan, publikanın içində yox, çox diplomatik də olsa, məncə adama bu işi bacarmadığını demək gərəkdi.  Bir məqam da var, istedadı olmayan, ancaq  çox həvəsli  adama nə desən də xeyri yoxdu, inanmır.

 

– Özündən aktyor düzəldənlər olmur heç?

 

–          Olur. Ona deyirlər icraçı aktyor.  Səhnədəki hərəkətini də sxem üzrə çəkir, ssenarini  əzbərləyir və robot kimi  təkrarlayır. Bir qatqısı olmur. Əsl aktyor yaradıcıdı axı, onun tamaşaya qatqısı olur mütləq.

– Tamaşaçılar  bizim teatr səhnəsindəki pafosdan şikayətlənirlər həmişə.

 

–          Bilirsiz, o pafos  texniki səbəblərdən yaranıb. Mikrofonlar, səs avadanlıqları olmayıb deyə, aktyorlar qışqırıblar.  İndi elə oynasan, tamaşaçı qəbul etməz. Bu gün  naturallıq dəb yox a, şərtdi.  Həyatla sənət bir – birinə çox qarışıb. Dünyaya çıxışımız, müqayisə imkanımız çoxdu. Las Veqasda “The Phantom of The opera”ya  (Qaston Leru)   baxan tamaşaçını ələ almaq çox çətindi. Bir dəqiqənin içində səhnə su olur, qayıqla aktyorlar önümüzdən keçir, iki dəqiqə sonra ora qupquru yerə çevrilir.  Bizim səsi zala gedən “fış, fış, fış” edən tüstü aparatıyla  tamaşaçını necə təəccübləndirəcəksən?! Və ya qar effekti yaradanda “vırrrr” edən motorun səsi  tamaşaçını hansı aləmə, sehrə salacaq?! Texniki tərəfdən zəifiksə aktyor oyunuyla ələ almaq qalır.

 

–          Akademik teatra hansı əsaslarla işə götürülür yaradıcı heyət?

 

–          Bu sualı direktora verin. Mən götürmürəm.

– Yeni aktyorlar gəlir?

Lent.az-ın “AYNA” rubrikasında tanınmış yazar Aysel Əlizadənin budəfəki qonağı 

–          Bu gün “Azdrama” nın qapısı açıqdı. Kim istəyir tamaşa qoyur, kim istəyir rol alır. Biz eksperimental teatrıq artıq.

– Niyə etiraz etmirsiz?

 

–          Bu nazirliyin rəsmən verdiyi qərardı ki, bütün rejissorlar işdən çıxarılsın, baş rejissor olmasın, eksperimentlər olsun, kənardan gəlib tamaşa qoysunlar, rol alsınlar. Direktor da icraçıdı. Mən nə deyə bilərəm? Bu, mənim teatrım deyil.

– Şəxsi teatrınız olsa nədən başlayarsız?

 

–          Şəxsi teatrım varsa, deməli yaxşı pulum da var, o zaman mütləq aktyorlar üçün master-klaslar təşkil edərəm. Texniki heyəti xaricə oxumağa göndərərəm. Təcrübə keçəndən sonra işıq, səs pultunun arxasına qoyaram. Və texniki işçilərə yaxşı maaş verərəm. Çünki onların zəhməti aktyorlardan az deyil. Bu adamlar bizim üçün işləyirlər. Bizə xidmət edirlər. Onlar da bizim kimi səhər gəlib gecə gedirlər. Eləsi var heç evinə  gedə də bilmir. Elə teatrda qalır. Bizdən də qat-qat aşağı maaş alırlar.  Heç bu onların yol pulu da deyil.  Ömrünü teatra verən belə adamlar çoxdu.

– İncidir bu sizi?

 

  – Çox. Hamı yaxşı yaşaya bilməz. Daş dövründən, var-dövlət bilinməyən zamanlardan bu yana daha çox ov ovlayan, az ovlayan  və heç  ov edə bilməyən insanlar olub. Hərdən qızım küçədə bir pişik görüb evə aparmaq istəyəndə deyirdim ki, qızım,  dünyanın bütün pişiklərini evimizə apara bilmərik. Birini apararsan, yemək verərsən. Dünyanın düzəni budu. Ancaq yenə də… ən azı yanında olan, sənə xidmət edən adamların qarnı tox deyilsə,  ürəyin necə rahat ola bilər? Sabirdən bu yana heç nə dəyişmədi…

 

– Hansı əsərdə özünüzü görmüsüz aktrisa kimi?

 

– “Anna Karenina” da.  2012-ci ildə rejissor Jo Rayt əsərə tamam başqa bir ruh verib. Çağdaş sənət budu. Məncə bu filmdə ekran həllini tapıb əsər. Özümə gəldikdə, əslində heç vaxt hansısa rolu xəyal etməmişəm, daha doğrusu özümü öldürməmişəm rola görə. Qismətimə həmişə yaxşı rollar düşüb. Mənimdisə, mənim olacaq, sakitcə gözləmişəm.

 

 

“Yaşlı qadının gəlişi”  kimi…

 

–          Bəli. Görün necə gözəl roldu. Bizdə elə yaxşı qadın rolları çox az olur. Aktyor o rolda öz potensialını göstərə bilir. Gertruda, Burlaxatun kimi …

 

–          Çətin əsərdi…

 

– Dürrenmattın pyesidi, necə olmalıdı? Obrazlar o qədər aydın, bitkin, koloritli, dolğundu ki, oynadıqca yeni detal tapırsan. Üç ildi oynayırıq.

 

– O dialoq necə idi?

–          Ədalət satılmır.

–           Hər şey satılır!

 

–          Əfsuslar olsun ki, çox şey satılır. Pul dünyayla birgə yaranmayıb  ki, sonradan olub, dövriyyəyə buraxılıb. Şeytan pul formasında dünyanı idarə edir. Pul silinsə, pulun önəmi itsə hər şey qaydasına düşər. Ömrünü yaşamış yetmiş yaşlı qadın onu incidən cəmiyyətdən qisas almaq üçün geri dönür. Sevgi qisası deyildi bu. Yox!  Sevgisinə görə, onu incidən oğlandan qisas almağa gəlməmişdi. Ona əxlaqsız damğası vuran cəmiyyətdən qisas alırdı.  Cəmiyyət nədi? İnsanlar. Görün nə deyir:  “Siz məni fahişəyə çevirdiz, mən də buranı fahişəxanaya çevirəcəm”.  

– Dünyanın bu gedişini necə dəyişmək olar, sizcə?

 

–      Puldan imtina etməklə. Sosializm niyə  kommunizmə keçmədən dağıldı?   Marks “Kapital” da əslində elə buna işarə edir. Pul insanlığın düşmənidi. Sadə həyat,  sosial bərabərlik heç yetmiş il sürmədi. Çünki gerçəkdə hamı bərabər yaşamırdı. Hakimiyyətdə olanlar puldan əslində vaz keçə bilmədilər. Qıtlıq dönəmi vardı, dükanlarda heç nə tapılmırdı. Tanış – bilişi, imkanlı qohumu olanlar isə altdan hər şey əldə edirdilər. Talon, valyuta dükanları, “Politbüro” nun bir nömrəli mağazası vardı.  Əlin çatırdısa, qara kürüdən tutmuş hər şeyə kimi tapa bilirdin. Özləri ayrı seçkilik etmişdilər. Sovetlər Birliyini pul dağıtdı. 

– İnsanlar da savaşdan, dirənişdən yorulmuşdular. Etiraz etməyə gücləri yox idi. İndi də demokratiya uğrunda savaşırıq.  

 

–     Bizim kimi cəmiyyətdə demokratiya anarxiyaya gətirib çıxarar. Üstəlik, mental mühafizəkarlıq da əngəl olacaq. Biz adamları situasiyaya görə dəyərləndirmirik. Çox tez qınayırıq. Bir az təhlükəli dönəmdəyik indi. İstənilən adam istənilən fikri sırıya bilər cəmiyyətə. Ən azı sosial şəbəkədə fikir bildirmək azadlığı var. Və bu heç də həmişə yaxşı deyil. Elə sizin nəsildən olan yazar var ki, kitabını oxuyub iyrənmişəm şəxsən mən. İndi hamı içindəki enerjini atmaqla məşğuldu. Ələnmə təbii ki, zamanla olacaq.  Yalnız dəmir qanunlarla demokratiyaya keçə bilərik. 

Mənbə : Lent.az















На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2019. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti