01:18 xeber – Ramazan bayrami münasibətilə ANS ÇM paytaxtın Nərimanov rayonunda konsert təşkil edib.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, iyunun 16-da Nərimanov rayon ərazisində Ramazan bayramı ilə bağlı konsert keçirilib.
Konsert məhz Milli Qəhrəman Çingiz Mustafayevin adını daşıyan ANS ÇM tərəfindən təşkil edilib. Keçirilən mərasimə müxtəlif təbəqədən olan çox sayda insan da qatılıb.
Həm rəqs, həm də müsiqi nömrələri birlikdə vəhdət təşkil edib. Bura toplaşan insanlar əyləniblər.
Xatırladaq ki, ənənəvi olaraq ANS ÇM il ərzində bu cür tədbirlər həyata keçirir. Tədbirin sonunda möhtəşəm atəşfəşanlıq olub.
Hər kəsi Ramazan bayramı münasibətilə təbrik edirik!
mənbə :
anspress