17.07.2015 / 01:32 xeber –
Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı “Qəbələ” bu gün Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, əyalət təmsilçisi səfərdə Serbiyanın “Çukariçki” klubu ilə qarşılaşıb.
Təmsilçimiz səfərə sərfəli nəticə qazanmaq ümidi yollansa da, minimal hesablı məğlubiyyətə uğrayıb.
Matçın yeganə qolunu Stoylkoviç 53-cü dəqiqədə penalti zərbəsindən vurub.
"Qəbələ"nin bütün cəhdlərinə baxmayaraq oyunda başqa qol olmayıb və Roman Qriqorçukun yetirmələri səfərdən minimal hesablı məğlubiyyətlə dönür.
Avropa Liqası
II təsnifat mərhələsi
İlk oyun
“Çukariçki” (Serbiya) – “Qəbələ” (Azərbaycan) – 1:0
Qol: Stoylkoviç, 53 (pen.)
mənbə :
lent.az