05:03 xeber – İngiltərənin xarici işlər naziri Filip Hammond Tel-Əvivdə keçirdiyi mətbuat konfransında İsrailin baş naziri Benyamin Netanyahu ilə mübahisə edib. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, mübahisənin səbəbi İranla altılıq ölkələri arasında əldə olunan nüvə razılaşması olub. İranı 5 qitədə, 30 ölkədə terrora dəstək verməkdə ittiham edən Netanyahu dünya ölkələrinin Tehrana verdiyi dəstəyi kəskin tənqid edib.
İngilis nazir isə Netanyahunun yaşadığı təşvişi başa düşdüyünü, İranı küçədə səsləndirilən şüarlarla yox, görəcəyi işlərlə dəyərləndirəcəklərini deyib:
“Biz həmişə bu razılaşmanın İranın nüvə proqramı ilə əlaqəli olduğunu demişdik. İranın bölgədəki fəaliyyətlərinə dair təhlükələr qarşıdakı aylarda və illərdə müzakirə olunacaq”.
Filip Hammond bildirib ki, İranın nüvə silahına sahib olması təhlükəsinin qarşısını almaq bu ölkənin beynəlxalq ictimaiyyətlə bütövləşməsi və inkişaf edəcək qarşılıqlı etimadla mümkün olacaq.
İsrail baş naziri Benyamin Netanyahu isə bir çox ərəb ölkəsi liderinin də bu razılaşmaya görə təşvişə düşdüklərini deyib.
Mətbuat konfransı zamanı ingilis nazirin dediyi hər sözə cavab verərək İran barədə mövqeyini müdafiə edən Netanyahu, “davam etmək istəyirsiniz?” – deyə soruşub. Hammond isə, “yuxarıda davam edərik” – deyə cavab verib. İngilis nazir, “Sual-cavab üçün jurnalistlərə ehtiyac qalmadı” – deyərək zarafat edib.
Qeyd edək ki, Filip Hammond parlamentdəki çıxışında İsrailin İranla əldəolunanheç bir razılaşmanı qəbul etməyəcəyini demişdi.
mənbə :
anspress