17.07.2015 / 07:52 xeber –
Bakıda yanğın hadisəsi qeydə alınıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakının Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan mansard tipli birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları və 2 otağın yanar konstruksiyaları 40 kv.m sahədə yanıb.
Yanğın zamanı 1 nəfər yüngül yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
mənbə :
lent.az