17.07.2015 / 15:57 xeber –
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda 1 nəfər dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 500 m sola, nəzarətsiz ərazidə) çimərkən batmaq təhlükəsi ilə üzləşib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, vətəndaş FHN-inin dalğıc-xilasediciləri tərəfindən xilas edilib. Əməliyyat saat 14:38-də başa çatıb.
mənbə :
lent.az