17.07.2015 / 17:23 xeber –
Biləsuvar rayonu, Muğan kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus "RENAULT" markalı avtobusun mühərrik hissəsində elektrik naqilləri yanıb. Lent.az-ın Fövqalədə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
mənbə :
lent.az