20:10 xeber – Azərbaycan prezidenti İlham Əliyev Dini tarix və mədəniyyət abidələrinin bərpasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, sərəncamda Azərbaycanda dini tarix və mədəniyyət abidələrinin bərpasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3,0 (üç) milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
mənbə :
anspress