21:13 xeber – Bu gün İrəvanda yenidən etiraz aksiyası keçirilməsi gözlənilir.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, elektrik enerjisinin qiymətinin bahalaşmasına qarşı mübarizə aparan yeni yaradılan “Dur, Ermənistan” vətəndaş hərəkatı qrupu hərəkətə keçib. Bu informasiya təşkilatının “Facebook” səhifəsində yerləşdirilib. Bu təşəbbüs artıq Ermənistan rəhbərliyini ciddi təşvişə salıb.
Aksiya iştirakçıları etirazlarını bildirirlər
Bundan əvvəl, iyunun 19-dan iyulun 6-dək də eyni səbəbdən etiraz aksiyası keçirilmişdi. Amma sonda polis aksiyanı dağıtdı. Hakimiyyət həmin vaxt tariflərə yenidən bağılacağını vəd eləmişdi.
Maksim Sarkisyan – aksiyanın təşkilatçılarından
Vladimir Qasparyan – Ermənistan Polis İdarəsinin rəisi
İyunun 23-də İrəvan polisi tərəfindən elektrik enerjisinin bahalaşmasına qarşı etiraza qalxmış “Talana yox” hərəkatının nümayişini dağıdarkən 237 nəfər, həmçinin jurnalistlər saxlanılıb, onlara qarşı qəddarlıq nümayiş olunub.
Bir sözlə, Ermənistanda hakimiyyəti olduqca çətin günlər gözləyir. Prezident Serj Sarkisyanın taleyi isə necə olacaq, onu özündən başqa kimsə bilmir. İrəvanda suların nə vaxt durulacağını zaman göstərəcək. Ya əhali bu rejimi devirəcək, ya geri çəkiləcək. Vəziyyətin indiki gedişi xalqın geriyə addım atmayacağı kimi görünür.
Sarkisyana ultimatum verildi
İrəvanda qarşıdurma başladı
mənbə :
anspress