22:52 xeber – 160 minə yaxın adam Moskvada, Ramazan bayramına həsr olunmuş tədbirlərdə iştirak edib.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu haqda Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə baş idarəsi bildirib.
İctimai asayişin qorunması və təhlükəsizlik məqsədilə 4 min polis işçisi cəlb olunub. Bayram tədbirlərində heç bir insident qeydə alınmayıb.
Müsəlmanlar Moskva küçələrində bayram namazı qılır
Ramazan bayramının keçirilməsi ilə əlaqədar Moskvanın bir neçə küçəsində hərəkət dayandırılıb. Moskva mərkəzi məscidi və Böyük Tatar küçəsindəki məscid arasında maşınların hərəkəti məhdudlaşdırılıb. Bu il Moskva hakimiyyəti müsəlmanlara namaz qılmaq üçün beş müvəqqəti məkan ayırıb.
Bayramla əlaqədar paytaxtda nəqliyyat vasitələrinin istiqamətləri də dəyişdirilib. Bundan başqa, bu gün Moskva vaxtı ilə səhər 04:00-dən 11:00-ə qədər məscidlərə yaxın ərazilərə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Bayram günü yalnız nəqliyyatın hərəkəti deyil, açıq-saçıq reklam lövhələrinin yayımı da məhdudlaşdırılıb. Moskva meriyası məscidlərə yaxın yerlərdə quraşdırılmış bu qəbilədən olan reklam stendlərini söküb.
Artıq Rusiya Müftilər Şurasının (RMŞ) başçısı Ravil Qaynutdin bayram münasibətilə müsəlmanları təbrik edib.
Müsəlmanlar Moskva küçələrinə axışdı
mənbə :
anspress