23:13 xeber – Rusiya xarici işlər naziri Sergey lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra görüşdən sonra erməni həmkarı Edvard Nalbandyanla telefonlla əlaqə saxlayıb.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilən xəbərdə bildirilir ki, Lavrov Nalbandyanla da Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə edib.
Rusiyalı nazir Nalbandyana bildirib ki, Dağlıq Qarabağ münaqişəsinə dair danışıqları intensivləşdirməyin vaxtı çatıb. Lavrov bu barədə Elmar Məmmədyarovla da Qarabağla bağlı müzakirələr zamanı bildirmişdi.
Lavrovun Məmmədyarovla danışıqlardan dərhal sonra Nalbandyana zənv vurması və erməni həmkarına “vaxt çatıb” müsajını verməsi diqqət çəkib.
Qeyd edək ki, Elmar Məmmədoyarov Moskvaya səfəri zamanı rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Nazirlər Dağlıq Qarabağ münaqişəsi və regionda baş verən digər proseslər barədə də müzakirələr aparıblar.
Həmçinin bax: Lavrov Qarabağ haqda: “Vaxt çatıb”
mənbə :
anspress