23:50 xeber – Moskvada öldürülən müxalifət liderlərindən biri Boris Nemtsovun böyük qızı Janna Rusiyanı tərk edib.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Janna Nemtsova Almaniyanın “Deutsche Welle” televiziya şirkətində çalışacaq. 31 yaşlı Janna bundan əvvəl RBK xəbərlər buraxılışında işləyirdi.
Janna Nemtsova
Bundan sonra Janna Nemtsova Almaniya şirkətinin rus bölməsində repartyor işləyəcək. Janna Nemtsova dəfələrlə bildirib ki, o, atasının qətlinin araşdırılmasını istədiyinə görə hədələnib.
Boris Nemtsov qızı Janna ilə
Qətlə yetirilən müxalif siyasətçi Boris Nemtsovun qızı Janna müsahibəsində bu cinayətə görə siyasi məsuliyyəti Rusiya prezidenti Vladimir Putinin üzərinə qoyub.
“Atam Putinin ən əsas tənqidçisi olub. O, Rusiya müxalifətinin ən güclü lideri idi. Nemtsov Putinlə mübarizə edib, başqa heç kəslə yox”, – Nemtsovun qızı hesab edir.
Janna Nemtsova atası Borisin dəfnindən sonra xaricə yollanıb
“Onlar mənim atamı öldürüb, mən susa bilmərəm”, – deyə Nemtsova əlavə edib ki, Rusiyaya qayıtmaqdan qorxmur.
Boris Nemtsov bu il 27 fevral gecəsi Kremlin yaxınlığında Böyük Moskvoretsk körpüsündə öldürülüb. Qətldə şübhəli bilinən beş nəfər həbs olunub.
İstintaq üzrə Nemtsovun ehtimal olunan qatili çeçen DİN “Sever” batalyonu komandirinin müavini Zaur Dadayev hesab edilir. Daha əvvəl istintaq nümayəndələri Dadayevin artıq etiraf etdiyini bəyan ediblər, lakin Dadayevin özü hüquq müdafiəçilərinə müxalifətçini öldürmədiyini bildirib.
Janna Nemtsova hesab edir ki, rəsmi istintaq atasının qətlə yetirilməsinin həqiqi təşkilatçılarını müəyyən etməyəcək.
Nemtsovun qızı Zaur Dadayevin Nemtsovu öz təşəbbüsü ilə öldürmək qərarına gəldiyinə inanmır
Janna Nemtsovun bir siyasətçi kimi Rusiyada böyük çəkiyə malik olmadığı fikri ilə qətiyyən razı deyil. Onun fikrincə, Rusiya dövlət telekanallarının onun atasına qara yaxmaq üçün nə qədər səylər sərf etməsi bunun əksinə dəlalət edir.
Nemtsov Putini Ukraynadakı müharibəyə görə də kəskin tənqid edirdi
Nemtsov haqda şok etiraf
mənbə :
anspress