00:40 xeber – Avrozona liderləri Yunanıstana 7 milyard avro kredit verməyə razılaşıb. “Körpü krediti” adlanan bu vəsait bütün Avropanı əhatə edən maliyyə fondundan ayrılacaq.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, kreditin Avropa İttifaqının bütün üzvləri tərəfindən cümə günü təsdiqlənəcəyi gözlənilir.
Həmçinin, Avropa Mərkəzi Bankı Yunanıstana fövqəladə maliyyə yardımı ayırmağa razılaşıb. İyun ayında bu yardım dondurulmuşdu.Yunanıstan parlamentində çərşənbə günü başlayan və cümə günü səhər saatlarına qədər davam edən gərgin səsvermədə avrozonanın islahatlar təklifi qəbul olunub.
Yunanıstan bankları artıq həftələrdir ki, bağlıdır.
Aleksis Tsipras Avropanın islahatlar planını dünən parlamentdə təqdim edib.
Ötən axşam Yunanıstanın millət vəkilləri avrozona ölkələrinin kreditorlarından üçüncü yardım paketini almaq üçün tələb edilən iqtisadi islahatları qəbul edib.
Kreditorlar Yunanıstandan razılaşmanı çərşənbə günündən gec olmayaraq qəbul etməyi tələb edirdi. Səsvermə gərgin müzakirələr və Parlament qarşısında aksiyalarla müşahidə edilib.
Gecə boyunca davam edən və cümə axşamı günü səhər saatlarınadək davam edən səsvermə bu islahatları təsdiqləyib:
ƏDV dəyişiklikləri: emal edilmiş qidalara və restoranlara 23 faiz
Təzə ərzaq, enerji, su və otel qiymətlərinə 13 faiz,
Dərman və kitablara 6 faiz əlavə vergi
Kiçik şirkətlərə korporasiya vergisi 26 faizdən 29 faizə artırılır
Böyük maşınlar, qayıq və üzgüçülük hovuzlarına vergilər artırılır
2022-ci ilədək erkən təqaüdə son
Təqaüd yaşının 67-ə artırılması
Növbəti 3 il ərzində 86 milyard avro məbləğində yardım paketini almaq istəyən hökumət sərt qənaət tədbirlərinə əməl etməli, vergiləri və təqaüd yaşını qaldırmalıdır.
Razılaşma əleyhinə hakim Syriza partiyası üzvləri, o cümlədən, ultrasolçu və bir qədər əvvələ qədər maliyyə naziri olmuş Yanis Varoufakis səs verib. Baş nazir Alexis Tsipras deputatları səs verməyə çağırsa da, islahatların effektivliyinə inanmadığını deyib.
Lakin o bildirib ki, bu “irrasional” təkliflərin qəbulu yunan banklarını dağılmaqdan qoruyacaq.
“Yunan xalqı ağıllıdır və kimin ədalətsiz döyüşdə mübarizə apardığını, kimin silahları təhvil verdiyini anlayır”, Tsipras qeyd edib.
Yunanıstan avrozonadan çıxır?
mənbə :
anspress