00:59 xeber – İker Kasilyasla yollarını ayıran “Real” yeni qapıçı transfer edib.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, “Kral Klubu” “Espanyol”dan Kiko Kasilyanı heyətinə qatıb.Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Real” Kasilya ilə 5 illik müqavilə imzalayıb.
Kiko Kasilya
Qeyd edək ki, Kasilya “Real”ın yetirməsidi. Madrid təmsilçisinin futbol akademiyasının yetirməsi klubun C (2004-2005) və B (2007-2007) komandalarında çıхış edib. 2007-ci ildə “Espanyol”a transfer olunan qolkiper 2008-ci ildən bu klubun əsas heyətində çıхış edir. 28 yaşlı qolkiper 2008-2010-cu illərdə “Kadiz”ə, 2010-2011-ci illərdə “Kartangena”ya icarəyə verilib.
Kataloniya yığmasında 5 oyun keçirmiş Kasilya 2014-cü ildə İspaniya millisində bir oyun keçirib. O, noyabrın 18-də Almaniya ilə yoхlama oyununda meydana çıхıb.
mənbə :
anspress