18.07.2015 / 01:11 xeber –
Rusiyalı müxalifətçi Aleksey Navalnıya Novosibirskdə yumurta atılıb. Musavat.com xəbər verir ki, məlumatı "İnterfaks"ın regional agentliyi yayıb. Siyasətçi PARNAS partiyasının qərargahında mətbuat konfransına hazırlaşarkən hücuma məruz qalıb.
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalaya başlayıb. İlkin məlumata görə, mücalifətçiyə yumurtanı Navalnı əleyhinə piketin qadın iştirakçılarından biri atıb. Piket Milli-azadlıq hərəkatı tərəfindən təşkil edilib.
Navalnı iyunun 7-də də Novosibirsdə hücuma məruz qalmışdı. O vaxt üç naməlum şəxs ona yumurta atmışdı. Navalnı ilk hadisəyə zarafatla reaksiya vermişdi: "Şəhərdə ərzaq məhsulları ilə bağlı vəziyyət qaydasındadır. Çünki, onları küçədə ora-bura atırlar".
mənbə :
lent.az