05:26 xeber – Bakının Nərimanov rayonundakı kafelərdən birində yanğın hadisəsi baş verib. Azadlıq.az xəbər verir ki, anspress-in FHN mətbuat mərkəzinə istinadən verdiyi məlumata görə, rayon ərazisindəki beşmərtəbəli yaşayış binalarından birinin 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan kafenin tüstü bacasına yığılmış məişət tullantıları yanıb. Kafe yanğından mühafizə olunub. Yanğın saat 22:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
mənbə :
anspress