18.07.2015 / 06:28 xeber –
Qətlə yetirilmiş rusiyalı siyasətçi Boris Nemtsovun qızı Janna Nemtsova Almaniyada çalışacaq. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Spiegel” nəşri məlumat yayıb.
Məlumata görə, Janna Nemtsova “Deutsche Welle” nəşrinin rus redaksiyasında çalışacaq.
“Mən Janna Nemtsovanın “Deutsche Welle”-də çalışacağına çox şadam. Bu bizim Rusiyadakı nüfuzumuza müsbət təsir edəcək”, deyə “Deutsche Welle” nəşrinin rus redaksiyasının rəhbəri Piter Limburq bildirib.
Qeyd edək ki, Almaniyaya köçməzdən əvvəl Janna “RBK TV”-də çalışıb.
mənbə :
lent.az