14:04 xeber – Məşhur müğənni Beyonsun hamilə olması ilə bağlı xəbərlər yayılıb.
Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, bu xəbərlərin yayılmasına səbəb Beyonsun qarın nahiyəsini gizlətdiyi fotolardır. Müğənninin fanatları və media onun ikinci hamiləliyini hələ açıq elan etmək istəmədiyini deyirlər.
Beyons
Repçi Cey Zi ilə evli olan ifaçının Blu Ayvi adlı qızı var. Lakin birinci hamiləliyi dövründə Beyonsun əslində hamilə olmadığı, sadəcə ana imici qazanmaq üçün uşağı surroqat ananın dünyaya gətirdiyi iddia edilirdi.
Qeyd edək ki, ifaçı 2014 -cü ildə özünün “Beyonce” adlı albomunun 1 illiyinə həsr olunan 12 dəqiqəlik qısametrajlı film hazırlayıb. Bu yaxınlarda isə Beyonsa yeni filmdə çəkilməyə rol təklif edilib.
Beyons qızı Blu Ayvi ilə
mənbə :
anspress