15:41 xeber – Türkiyədə təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” düşərgəsinə yeni futbolçu – fransalı hücumçu Limam Seydini dəvət edib.
ANS PRESS “Azerisport.az”a istinadən bildirir ki, 1985-ci il 31 avqustda Parisdə anadan olmuş Limam Seydi karyerası ərzində Bəhreyn, İspaniya, Tunis, Slovakiya, Macarıstan klublarında oynayıb. O, Seneqal əsilli Fransa vətəndaşıdır.
Hazırda “ağ-yaşıllar” fransalı hücumçu Limam Seydini baxışdan keçirirlər.
Sözügedən futbolçu ötən gün cənub klubunun düşərgəsinə qoşulub. Onun komandada qalıb-qalmayacağına məşqçilər korpusu qərar verəcək.
Limam Seydi
mənbə :
anspress