16:05 xeber – “Azərneftyağ” zavodunun fəaliyyəti dayandırıldıqdan sonra onun ərazisi Ağ Şəhər layihəsinə veriləcək.
Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, bunu ARDNŞ-in prezidenti Rövnəq Abdullayev deyib. O bildirib ki, zavodun funksiyaları Heydər Əliyev adına neft emalı zavoduna veriləcək. Bu məqsədlə həmin zavodun modernzasiyası aparılacaq və yeni qurğular quraşdırılacaq. Bunun üçün artıq işlərin icrasına başlanıb.
Rövnəq Abdullayev onu da bildirib ki, layihə modernləşdirilir və zavodun emal gücü 7 milyon tona çatdırılacaq. Bundan başqa “Azərneftyağ” zavodunun bitum qurğuları da öz növbəsində Heydər Əliyev adına neft emalı zavoduna köçürülür. Beləliklə də Heydər Əliyev adına neft emalı zavodu “Euro 5” standartına uyğun modernləşdirilmiş olacaq. “Azərneftyağ” zavodunun qalan ərazisi isə daha ehtiyac olmadığı üçün AĞ Şəhərin öhdəsinə veriləcək.
Rövnəq Abdullayev ARDNŞ-in prezidenti
“Azərneftyağ” neft emalı zavodunun fəaliyyətinə ötən ilin dekabrında xitam verilib. Zavodun 2015-ci ilin yanvarın 1-dən Heydər Əliyev adına Bakı Neft Emalı Zavooduna (BNEZ) qoşulmaqla fəaliyyətinə xitam verilməsi qərara alınıb.
mənbə :
anspress