19:38 xeber – UEFA prezidenti Mişel Platini FİFA prezidenti postuna namizədliyini irəli sürəcək.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, fransalı funksioner artıq 4 qitədən dəstək alıb.
Platini Cənubi Amerika Futbol Konfederasiyası, Şimali Amerika, Mərkəzi Amerika və Karib hövzəsi Futbol Konfederasiyası, Okeaniya Futbol Konfederasiyası və UEFA-ya arxalanır. Onu Almaniya Futbol İttifaqınının prezidenti Volfqanq Nirsbaxın əvəzləyəcəyi bildirilir.
UEFA prezidenti Mişel Platini
Qeyd edək ki, Yozef Blatter iyunun 2-də FİFA prezidenti postunu tərk edəcəyini açıqlayıb. Platini ardıcıl üç dəfə UEFA prezidenti seçilib.
İlk dəfə Platini 2007-ci ildə Düsseldorfda keçirilən konqresdə UEFA-nın prezidenti seçilmişdi.
mənbə :
anspress