18.07.2015 / 21:37 xeber –
Livanda beş Çexiya vətəndaşı itkin düşüb.
APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, Çexiya XİN-i 5 çex və onların livanlı sürücüsünün olduğu avtomobilin ölkənin şərqində, turizm məkanı kimi tanınan Kefray şəhəri yaxınlığında itkin düşməsi barədə məlumat yayıb.
İtkin düşənlərin adları açıqlanmayıb.
Çexiya XİN-i axtarışları intensivləşdirmək üçün Livan rəhbərliyi əlaqə qurublar.
mənbə :
lent.az