18.07.2015 / 22:35 xeber –
Bu gün günorta saatlarında Şirvan şəhər sakini özünü asaraq intihar edib.
APA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, Şirvan şəhəri Natəvan küçəsi 61 ünvanında yaşayan 1968-ci il təvəllüdlü Kərimov Rəmzi Elxan oğlu özünü həyətində yerləşən üzüm çardağından asaraq intihar edib.
Məlumata görə, intihar edən şəxs “Azərbaycan Dəmir Yolları” QSC-nin Şirvan şəhərində yerləşən idarələrindən birində baş mühasib vəzifəsində çalışırmış.
Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.
mənbə :
lent.az