23:15 xeber – Türkiyədə Əskişəhir vilayətinin Sivrihisar şəhərində minik avtomobillərin iştirakı ilə baş verən ağır yol qəzasında bir ailənin 5 üzvü ölüb.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, qəza zamanı daha 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralananlar xəstəxanaya çatdırılıb.
Qəzada həlak olan ər-arvad
İlkin məlumatlara görə, Sivrihisar-Mihalıççık yolunda qarşıdan gələn sərnişin avtobusunun sürücüsü avtomobilə nəzarəti itirdiyindən dəhşətli qəza baş verib.
Faktla bağlı araşdırmalar aparılır.
mənbə :
anspress