01:42 xeber – Azərbaycan Gürcüstan sərhəddində ötən gün səhər saatlarından başlayaraq gecəyarıyadək davam edən sıxlıq nisbətən səngiyib. Lakin yük və minik avotmobillərinin keçidində problem hələ də tam həll olunmayıb. Sürücülər deyir ki, yenə də sərhəd zonasında gömrük yoxlaması üçün ən azı 1 saat gözləməli olurlar. Avtomobillər üçün nəzərdə tutulan mövcud 4 keçid xəttindən isə 3-ü xidmət göstərirdi. Yolçuların dediyinə görə çətinlik Azərbaycan tərəfdən Gürcüstana keçən zaman yaranır. Sərhəddin o tayından qayıdanda isə belə çətinliklərə rast gəlinmir.
Buraxılış məntəqəsində avtomobillərin, xüsusilə də yük avtomobillərinin buraxılması ilə bağlı çətinlik qalsa da, piyada keçid xəttində hərəkət tam normaldı və heç bir çətinlik yoxdur. Vətəndaşlar rahat formada gömrük yoxlamasından keçdikdən sonra qarşı tərəfə keçə bilirlər.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən isə sərhəd buraxılış məntəqəsində bayramla əlaqədar yaranmış sıxlığın ötən gündən bəri aradan qaldırıldığı açıqlandı. Komitədən növbəti günlərdə nəqliyyat vasitələri, turistlər və sərnişinlərin sərhəddən sərbəst şəkildə keçidi üçün problem olmayacağı bildirilir.
Xatırladaq ki, bir gün əvvəl Azərbaycanla Gürcüstan arasında yerləşən “Sınıq körpü” sərhəd buraxılış məntəqəsində böyük sıxlıq yaranmışdı.
mənbə :
anspress