28.11.2008 / 10:42 xeber –
Ötən gün axşam saatlarında Bakının Yasamal rayonunda marşrut avtobusu yanıb.
Föqaladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, axşam saatlarında sərnişinlə dolu 4 saylı marşrut avtobusu qəflətən alışıb. Hadisə yerinə gələn Föqəladə Hallar Nazirliyinin və Yasamal Rayon Polis İdarəsinin əməkdaşları yanğının qarşısını alıblar. Yanğın zamanı xəsarət alan olmasa da avtobus yararsız vəziyyətə düşüb.
İlkin ehtimallara görə, yanğının baş verməsinə texniki nasazlıq səbəb olub. Hazırda faktla bağlı araşdırma aparılır.
Şəhriyar ƏLİZADƏ
mənbə :
lent.az