10:18 xeber – “Qalatasaray”ın braziliyalı futbolçusu Felipe Melo İstanbul klubu ilə bağlı son qərarını verib.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, son günlər komandadan gedəcəyi ilə bağlı söz-söhbətlər gəzən 32 yaşlı futbolçu şəxsi “Tvitter” hesabında şərəfini qoruduğu “Qalatasaray” klbunda qalmağa qərar verib. O, hazırda istirahətdə olduğunu və tezliklə “Qalatasaray”ın hazırlıq düşərgəsində gedəcəyini bildirib.
Melonun “Tvitter” hesabından paylaşımı
Karyerasına 2001-ci ildə Braziliyanın “Flamenqo” klubunda başlayan Melo 2011-ci ildə “Qalatasaray”a transfer olunub. İstanbul klubu ilə keçirdiyi 110 oyunda 15 qola imza atıb. Futbolçuyla İtaliyanın “İnter” və Braziliyanın “Flamenqo” klubları maraqlanırdı.
mənbə :
anspress