19:34 xeber – Azərbaycan hərbçiləri NATO-nun “Saber Guardian/Rapid Trident-2015” təlimlərində iştirak edir.
Azadlıq.az xəbər verir ki, anspress-in Rusiyanın TACC dövlət agentliyinə istinadən verdiyi məlumata görə, manevrlər Ukraynanın Lvov vilayətində keçirilir.
İyulun 20-də başlayan təlimlərdə təxminən 2 min nəfərədək hərbçi iştirak edir.
Ukrayna Müdafiə Nazirliyi Qərb Media Mərkəzinin rəhbəri Aleksandr Poronyuk bildirib ki, təlimlərdə 2 min nəfərədək hərbçinin iştirakı rekord sayılır.
“Ukraynada bu formatda keçirilən ən böyük təlimdir” – deyən Poronyuk bildirib ki, NATO-nun “Saber Guardian/Rapid Trident-2015” təlimlər hazırda dünyada gedən hadisələrlə sıx əlaqəlidir.
Onun sözlərinə görə, təlimlərdə Ukraynanın şərqində yaranmış vəziyyətin xüsusiyyətləri də nəzərə alınır.
Təlimlərdə 18 ölkədən olan hərbçilər iştirak edir. Azərbaycan, Ukrayna, Gürcüstan, Norveç, Polşa, Rumıniya, Böyük Britaniya, ABŞ, İspaniya Litva və Latviya hərbçiləri də təlimlərdə iştirak edir.
Xatırladaq ki, “Saber Guardian /Rapid Trident” hərbi təlimləri Ukrayna ərazisində hər il keçirilir. 2014-cü ildəki təlimlərdə 15 ölkədən 1300 nəfərədək hərbçi iştirak etmişdi.
mənbə :
anspress