16 Dekabr, 2018 01:51 xeber – Axşam saatlarında Azərbaycan İstilik Elektrik Stansiyasının 7-ci emerji blokunda tüstülənmə baş verib.”Report”un Şirvan bürosu xəbər verir ki, tüstülənməyə stansiyanın enerji blokunda yaşanan nasazlıq səbəb olub.Dərhal hadisə yerinə 6-dan çox yanğınsöndürmə briqadası cəlb olunub. Məlum olub ki, tüstülənmə blokun nasos hissəsində baş verən yağ axıntısı səbəbindən olub. Hadisə nəticəsində stansiyanın 1991-ci il təvəllüdlü Əliyev Vahid İsmayıl oğlu tüstüdən zəhərlənib. Ona yerindəcə tibbi yardım göstərilib. Hazırda nasazlığın aradan qaldırılması üçün iş aparılır.
mənbə :
Report.az