17 Dekabr, 2018 05:23 xeber – Türkiyə ABŞ-dan 120 ədəd beşinci nəsil F-35 qırıcı-bombardmançıların tədürükünü gözləyir.”Report” xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. “ABŞ F-35 qırıcıları istehsal edir. Bizə də onlardan 120-i veriləcək”, – deyə NTV telekanalı ondan sitat gətirib. Qeyd edək ki, daha əvvəl ABŞ Senatı Türkiyənin Rusiyadan S-400 raketləri alması ilə əlaqədar rəsmi Ankaraya ultimatum göndərib. Rusiya və Türkiyə “S-400” raket sistemlərinin alqı-satqısında dollardan imtina ediblər.
mənbə :
Report.az