17 Dekabr, 2018 07:21 xeber – Filippin təmsilçisi Katriona Qrey beynəlxalq “Dünya gözəli-2018” müsabiqəsinin qalibi seçilib.Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.Bildirilir ki, Qrey qalib tacını ötən ilin qalibi Demi-Li Nel-Pitersdən alıb. Müsabiqədə ikinci yeri Venesueladan olan Stefani Qutteres tutub.Müsabiqə Banqkokda keçirilib.Xatırladaq ki, ötən il Las-Veqasda keçirilən “Dünya gözəli-2017” yarışmasının qalibi Cənubi Afrika Respublikasını (CAR) təmsil edən model Demi-Li Nel-Piters olub.
mənbə :
Report.az