Ölkənin əsas böyük şəhərlərindən birinə yeni başçı təyin olunub Prezident İlham Əliyev yeni icra başçısı təyib edib. Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı dövlət başçısının imzaladığı sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
İlham Mehdixan oğlu İsmayılov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilsin”.
Xatırladaq ki, bundan qabaq Mingəçevir şəhərinə Niyazi Müzəffər oğlu Bayramov rəhbərlik edib. O, avqustun 28-də dövlət başçısının sərəncamı ilə vəzifədən azad edilərək, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.</p
2018-12-17T15:59 xeber – /strong
mənbə :
Sputnik