17 Dekabr, 2018 17:55 xeber – Kür-Bakı magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün saat 22:00-dan etibarən Bakının Qaradağ və Səbail rayonlarının bir hissəsinə (Səngəçal, Ümid, Sahil, Qızıldaş, AZNS, Lökbatan, Puta, Korgöz, Şıx, Bibiheybət qəsəbələrinə və 20-ci sahə yaşayış massivinə) içməli suyun verilməsi 24 saat müddətinə dayandırılacaq.Bu barədə “Report”a “Azərsu” ASC-dən bildirilib.Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.
mənbə :
Report.az