17 Dekabr, 2018 20:58 xeber – Gədəbəy rayonunda yol qəzası baş verib.”Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Zəhmət kəndi ərazisində qeydə alınıb.Belə ki, “VAZ-2107” və “VAZ-2106” markalı avtomobillərin toqquşması nəticəsində 2003-cü il təvəllüdlü Bayram Yaşar oğlu İsmayılov və 1978-ci il təvəllüdlü Cabir Rasim oğlu Zeynalov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.Qəzaya dumanlı hava şəraitinin səbəb olduğu bildirilir.Faktla bağlı araşdırma aparılır.
mənbə :
Report.az