18 Dekabr, 2018 06:54 xeber – ABŞ-da “Oskar” mükafatının “Ən yaxşı xarici film” nominasiyası üzrə namizədlərin qısa siyahısı açıqlanıb.“Report” xəbər verir ki, bu barədə Amerika Kino Akademiyasının saytı məlumat yayıb.Siyahıya daxil olan növbəti ekran əsərləri bunlardır: “Köçəri quşlar” (Kolumbiya), “Kapernaum” (Livan), “Heç zaman boylanma” (Almaniya), “Mağaza orğucuqları” (Yaponiya), “Müqəssir” (Danimarka), “Ayka” (Qazaxıstan), “Roma” (Meksika), “Soyuq müharibə” (Polşa), “Şəfəqlənən” (Cənubi Koreya).Xatırladaq ki, namizədlərin yekun siyahısı 22 yanvar 2019-cu ildə, qaliblər isə fevralın 24-də elan olunacaq.
mənbə :
Report.az