18 Dekabr, 2018 23:44 xeber – Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.”Report”un Qərb bürosunun məlumatına görə, Samux rayonunun 1948-ci il təvəllüdlü Lüksemburq kənd sakini Məmmədova Növbər Qurban qızı yolu qarşı tərəfə keçmək istəyən zaman onu “BMW” markalı avtomobil vurub.Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.Hadisə zamanı ölən piyadanın yaxınları Bakı-Qazax magistral yolunu bir müddət bağlayıblar. Daha sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və avtomobillərin hərəkəti bərpa olunub.Bunda əlavə mərhumun yaxınları meyitin tibbi ekspertizaya aparılmasına imkan verməyiblər.Faktla bağlı araşdırma aparılır.Daha əvvəl Gəncədə orta yaşlı kişini avtomobil vurub.
mənbə :
Report.az