19 Dekabr, 2018 02:09 xeber – ABŞ prezidenti Donald Tramp İsveçrənin Davos şəhərində keçiriləcək iqtisadi forumda iştirak edəcək.”Report” AFP-yə istinadən xəbər verir ki, bu barədə Ağ evin məlumatında qeyd olunub.”Ağ evdə bəyan ediblər ki, Tramp Davosda keçiriləcək iqtisadi forumda iştirak edəcək”, – deyə agentlik məlumat yayıb.Davos forumu 22-25 yanvar 2019-cu il tarixlərində keçiriləcək.Daha əvvəl Dmitri Peskov rusiyalı biznesmenləri dəvət etməməklə Davos Dünya İqtisadi Forumunun uduzacağını bildirib.
mənbə :
Report.az