19 Dekabr, 2018 14:54 xeber – ABŞ-ın Türkiyəyə “Patriot” satışını təsdiqləməsi “S-400”ün tədarükünə təsir etməyəcək.“Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, bu barədə Kremldən bildirilib. “S-400” zenit-raket kompleksinin Türkiyəyə satışı bütün hallarda başa çatacaq”, – deyə Kremlin məsələ ilə bağlı yaydığı bəyanatda vurğulanıb. Qeyd edək ki, dekabrın 19-da ABŞ Dövlət Departamenti ümumi dəyəri 3,5 milyard dollar olan müvafiq avadanlıqlı “Patriot” hava hücumundan müdafiə sistemlərinin Türkiyəyə satılmasına razılıq verib.Xatırladaq ki, “S-400” zenit-raket müdafiə sisteminin Türkiyədə quraşdırılmasına 2019-cu ilin oktyabrında başlanılacaq.Qeyd edək ki, Türkiyə hava hücumundan müdafiə sistemi ilə bağlı ABŞ və NATO-ya dəfələrlə müraciət etmişdi. Onlar Türkiyəyə müvəqqəti olaraq “Patriot” vermiş, bir il sonra isə sistemi ölkədən çıxarmışdılar.
mənbə :
Report.az