19 Dekabr, 2018 15:42 xeber – Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan 11 044,29 min ABŞ dolları dəyərində 8 089,17 ton süd idxal edib.“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, həcm baxımından 2017-ci ilin 11 ayı ilə müqayisədə 353,93 ton (4,58%) çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 1 721,96 min dollar (13,49%) azdır.Bu ilin 11 ayı ərzində süd idxalı Azərbaycanın ümumi idxalının 0,11%-ni təşkil edib.
mənbə :
Report.az