19 Dekabr, 2018 20:12 xeber – ABŞ qoşunlarını Suriyadan çıxarmağa başlayıb. *** 17:42ABŞ Suriyadakı bütün hərbi qüvvələrini çıxarmağı planlaşdırır.“Report” xəbər verir ki, məlumatı “Reuters” agentliyi yayıb.Rəsmi Vaşinqton müttəfiqlərinə Suriyanın şimal-şərqindəki hərbi qüvvələrini çıxaracağı barədə xəbərdarlıq edib.Agentlik bildirib ki, bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Trampla türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Bundan sonra ABŞ-ın Suriyadakı hərbi qüvvələrini çıxaracağı barədə informasiya yayılıb.Qeyd edək ki, Türkiyə ABŞ-dan terrorçu PKK/YPG-PYD qruplaşmasına dəstək verməyi dayandırmağı və Fərat çayının şərqindən onların çıxarılmasını tələb edir.
mənbə :
Report.az