19 Dekabr, 2018 22:29 xeber – Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir cavab oyunu keçirilib.”Report”un məlumatına görə, Sumqayıtda şəhərin eyni adlı təmsilçisi “Neftçi”ni qəbul edib. “Kapital Bank Arena”da baş tutan görüşdə meydan sahibləri qələbə qazanıb – 1:0. “Ağ-qaralar”ın heyətində 43-cü dəqiqədə Namiq Ələsgərov fərqlənib.Beləliklə, səfərdə keçirdiyi ilk oyunda 2 cavabsız qolla qalib gələn “Sumqayıt” yarımfinala vəsiqə qazanıb və “Zirə”yə rəqib olub.Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyunları 2019-cu il aprelin 23-də, cavab matçları isə mayın 1-də keçiriləcək.”Zirə” komandası 1/4 finalda “Səbail”i mübarizədən kənarlaşdırıb.
mənbə :
Report.az