20 Dekabr, 2018 01:41 xeber – Meksikada silahlı qruplaşmalar arasında atışma olub.”Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.Məlumatda bildirilir ki, hadisə Tabasko ştatında, Uimanqilo-La-Venta şosesində baş verib. Boru kəmərlərindən yanacaq oğurlayan cinayətkar qruplaşmalar arasında baş verən atışma zamanı azı 6 nəfər həlak olub. “MVS Noticias” portalı bildirib ki, 2 nəfər avtomobildə güllələnib. Daha 4 nəfər isə yolda öldürülüb. Hadisə yerinə polis və hərbçilər cəlb edilib. Ştatın prokurorluğu ekspertiza aparır. Bir neçə gün əvvəl naməlum şəxslər Meksikada barı avtomat silahlardan atəşə tutub.
mənbə :
Report.az